İspaniyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi
İspaniyada son sutka ərzində yeni növ koronavirusdan ölənlərin sayı daha 565 nəfər artıb.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan 20 min 043 nəfər həyatını itirib. Koronavirusa yoluxanların sayı 4 449 nəfər artaraq 191 min 726-ya çatıb. Ümumilikdə pandemiyadan son 24 saatda sağalanların sayı 3 166 nəfər artaraq 74 min 662 nəfər olub.
Daha çox