Dünyada koronavirus qurbanlarının sayı 150 mini ötdü

DÜNYA
00:18
18 Aprel 2020
71

Dünyada yeni növ koronavirusdan (COVİD-19) ölənləri sayı 150 min nəfəri keçib, virusa yoluxanların ümumi sayı 2,2 milyondan çoxdur.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Ən son məlumatlara görə, dünyada COVİD-19-a yoluxmuş insanların sayı 2 214 861 nəfərdir, 150 948 insan isə artıq bu infeksiyasının qurbanı olub. Koronavirusdan sağalanların sayı da 560 mini keçib.

Xəbər lenti