İngiltərədə narkotacir koronavirusu fürsətə çevirmək istədi, tutuldu
İngiltərədə tibbi maskaların arasında narkotik gizlədən şəxs saxlanılıb.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, O, Fransadan İngiltərəyə keçmək istəyərkən tutulub.
Bildirilib ki, saxlanılan şəxs 34 yaşlı Polşa vətəndaşıdır. Onun avtomobilindən tibbi maskalar arasında gizlədilmiş təxminən 1 minyon sterlinq dəyərində olan 14 kiloqram kokain ələ keçirilib.
Gömrükdən bildirilib ki, ələ keçirilən tibbi maskalar da aidiyyatı qurumlar tərəfindən araşdırılacaq. Onlarda hansısa problem aşkarlanmasa, koronavirusla mübarizə tədbirləri çərçivəsində istifadə olunacaq.
Daha çox