Türkiyədə 126 nəfər koronavirusdan öldü - 1542-i sağaldı
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1 769 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda ölkədə daha 126 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1769-a çatıb.
Onun sözlərinə görə, bu gün 40 270 test keçirilib və koronavirusa yoluxma faktı 4 353 nəfər artaraq 78 546 olub. Bu gün 1 542, ümumilikdə isə 8 631 xəstə COVİD-19-a qalib gəlib.
Daha çox