Koronavirus pandemiyası nə qədər davam edəcək? - ÜST rəsmisi
"Koronavirus pandemiyasının hələ nə qədər davam edəcəyi ilə bağlı heç bir məlumat verə bilmərik. Ona görə də bu barədə dəqiq fikir bildirmək düzgün deyil. Çünki virusun yaranma səbəbləri də hələlik bəlli deyil".
Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.
O hesab edir ki, təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq: "Tədricən, zamanla problem öz həllini tapa bilər. Bu o demək deyil ki, 1 il boyunca evdən çıxmaq olmaz. Təbii ki, bu belə deyil".
ÜST rəsmisi əlavə edib ki, virus bu gün həm isti, həm də soyuq ölkələrdə yayılıb.
Daha çox