Gürcüstanda avtomobillərin hərəkəti tamamilə qadağan edildi
21:50
16 Aprel 2020
99Gürcüstan ölkədə minik avtomobillərinin hərəkətinə qadağa tətbiq edəcək.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.
O bildirib ki, aprelin 17-i saat 12.00-dan ayın 21-dək bütün növ minik avtomobillərinin ölkə daxilində hərəkətinə qadağa qoyulur. Bu tədbir yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün tətbiq olunur.
Gürcüstan hökuməti daha əvvəl fövqəladə vəziyyət rejimini mayın 10-dək uzatmaq qərarına gəlib, eyni zamanda ölkənin böyük şəhərlərinə, o cümlədən Tbilisiyə giriş-çıxış qadağan olunub.
Daha çox