Türkiyədə bugünkü koronavirus statistikası - 125 ölü, 1415 sağalma
Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 74 193 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda ölkədə daha 125 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1643-ə çatıb. Həmçinin bu gün 1 415, ümumilikdə isə 7 089 xəstə COVİD-19-a qalib gəlib.
Məlumata görə, bu gün 40 427 test keçirilib və koronavirusa yoluxma faktı 4 801 nəfər artaraq 74 193 olub.
Daha çox