Rusiyada Qələbə günü paradı təxirə salındı
Mayın 9-da Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilməsi planlaşdırılan parad koronavirus pandemiyası səbəbilə təxirə salınıb.
Sabah.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında məlumat verib.
Dövlət başçısı Qələbə Paradı və "Ölməz alay"ın yürüşü kimi bütün kütləvi tədbirlərin cari ilə ərzində keçiriləcəyini bildirib.
Daha çox