İranda pandemiyadan ölənlərin sayı 5 minə çatır
İranda son sutka ərzində koronavirusdan ölənlərin sayı daha 92 nəfər artıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, İranda koronavirusdan həyatını itirənlərin sayı 4 869 nəfərə çatıb. Son 24 saatda pandemiyaya yoluxanların sayı isə 1 606 nəfər artaraq 77 min 995-ə çatıb.
İranda indiyədək virusa yoluxanların 52 min 229 nəfəri sağalıb.
Daha çox