ABŞ-da koronavirusdan ölənlərin sayı 27 mini ötdü
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirusdan ölənlərin sayı 27 min nəfəri keçib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, hazırda ABŞ-da 614.482 COVİD-19-a yoluxma faktı təsdiqlənib, 27.085 nəfər ölüb. ABŞ hər iki göstəriciyə görə dünyada birinci yerdədir.
Daha çox