Türkiyədə 115 şəxs koronavirusun qurbanı oldu - 875 nəfər sağaldı

DÜNYA
21:17
15 Aprel 2020
133

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1518 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda ölkədə daha 115 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1518-ə çatıb.

Məlumata görə, bu gün 34 090 test keçirilib və koronavirusa yoluxma faktı 4 281 nəfər artaraq 69 392 olub. Həmçinin bu gün 875, ümumilikdə isə 5 674 xəstə COVİD-19-a qalib gəlib.

Xəbər lenti