Ölkədə 6 həkim koronavirusa yoluxub

SƏHİYYƏ
19:15
15 Aprel 2020
94

Bu gün ölkədə fəaliyyət göstərən heç bir xəstəxanada kütləvi yoluxma halı baş verməyib.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, COVID-19 xəstələrinin müalicə alındığı xəstəxanalarda həkimlər qorunmağa diqqət göstərirlər:

"Yoluxma poliklinikalarda və ya ambulator sahələrdə qeydə alınır. Çünki orada qoruyucu vasitələrdən yaxşı istifadə edilmir. Bundan əlavə, xəstəxanaların içərisinə infeksiyanın gətirilməsi məsələsi var. Məsələn, dünən tibb müəssisələrinin birinin təsərrüfat bacısı yoluxub. Doğrudur, həmin xəstəxana içərisində yoluxma yoxdur. Tibb bacısı da virusu ailəsindən gətirib. Yəni onun epidemioloji analizi də bunu təsdiq edib. Bu, çox təhlükəli vəziyyətdir”.

R.Bayramlı deyib ki, həkimlərin yoluxması ilə bağlı statistika var və açıqlanacaq:

“Bir tibb müəssisəsində 6 nəfər virusa yoluxmuşdu. Hazırda həmin həkimlər sağalıblar. Cəlilabadda isə həkimlər arasında bir və ya iki yoluxma qeydə alınmışdı”.

Xəbər lenti