Rusiyada koronavirusla bağlı son vəziyyət

DÜNYA
11:58
15 Aprel 2020
186

Rusiyada son 24 saatda koronavirusa yoluxan daha 28 xəstə həyatını itirib.

Sabah.az xəbər verir ki, ölkənin Operativ Qərargahından verilən məlumata görə, son sutka ərzində daha 3 388 nəfərdə koronovirus aşkarlanıb.

Qeyd edək ki, indiyədək Rusiyada Covid-19-a yoluxanların sayı 24 min 490 nəfərə, virusdan ölənlərin sayı 198 nəfərə çatıb. Ümumilikdə, 1 986 nəfər sağalıb, 22 min 306 nəfərin müalicəsi davam edir.

Xəbər lenti