Nyu-Yorkda testdən keçməyən 3700 nəfər koronavirusdan öldü
Nyu-Yorkda koronavirus testindən keçməyən 3 700 nəfər həyatını itirib.
Sabah.az xəbər verir ki, şəhərin Səhiyyə İdarəsi COVID-19 testindən keçməyən 3 700 nəfərin virus səbəbindən öldüyünü təstiqləyib.
Məlumatda həmin şəxslərdə qızdırma, öskürək və nəfəs darlığı kimi koronavirus əlamətlərinin müşahidə olunduğu, lakin xəstəxanaya müraciət etmədikləri və evlərində öldüyü bildirilib.
Qeyd edək ki, Amerikada COVID-19 hesablamaları aparan Con Hopkins Universitetinin məlumatına əsasən, Nyu-Yorkda son 24 saat ərzində virusa yoluxanların sayı 5 858 nəfər artaraq 196 min 146-ya çatıb.
Daha çox