Koronavirusdan ölən şəxsdən yoluxma qeydə alındı - Dünyada ilk
Tailandda koronavirusdan (COVİD-19) dünyasını dəyişən şəxs başqasını da yoluxdurub.
Sabah.az “NTV”yə istinadən xəbər verir ki, mütəxəssislər bu hadisənin dünyada ilk dəfə yaşandığını qeyd ediblər.
Bildirilir ki, ebola virusunun meyitdən də yoluxduğu bilinirdi, lakin COVİD-19-un ölü bədəndə nə qədər aktiv qalması tam olaraq müəyyənləşməyib.
Patoloji professoru Ancelika Kortals bildirib ki, sadəcə tibbi işçilərinin deyil, morq çalışanları və cənazələrlə məşğul olanların da bu təhlükədən qorunması vacibdir.
Daha çox