Həyat yoldaşını qətlə yetirdi, koronavirusdan öldüyünü dedi
Amerika Birləşmiş Ştatlarında (ABŞ) film kimi cinayət hadisəsi yaşanıb.
Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, Florida ştatının Yupiter şəhərində həyat yoldaşını qətlə yetirən şəxs onun koronavirusdan öldüyünü deyib.
Bildirilir ki, bu, David Antoni adlı amerikalının ailəsində baş verib. Arvadı Qretheni öldürən D.Antoni onun koronavirus infeksiyasına yoluxduğu üçün dünyasını dəyişdiyini deyib. Lakin araşdırma aparan polis onun yalan danışdığını və xanımını qətlə yetirdiyini sübuta yetirib.
David Antoni polis tərəfindən saxlanılıb.
Daha çox