Türkiyədə 107 şəxs koronavirusdan öldü - 842 nəfər sağaldı

DÜNYA
21:26
14 Aprel 2020
118

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1403 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda ölkədə daha 107 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1403-ə çatıb.

Nazirin sözlərinə görə, bu gün 33 070 test keçirilib və koronavirusa yoluxma faktı 4 062 nəfər artaraq 65 111 olub. Həmçinin bu gün 842, ümumilikdə isə 4 799 xəstə COVİD-19-a qalib gəlib.

Xəbər lenti