Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılır
Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Georgi Qaxariya məlumat verib.
O bildirib ki, fövqəladə vəziyyət mayın 10-dək uzadılacaq:
"Yaxın günlərdə dövlət başçısından xahiş edəcəyik ki, ölkə ərazisində fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması barədə parlamentə müraciət etməsin. Bunlar virusun yayılmasının yeni mərhələsinə keçməmək üçün təcili olaraq atılmalı olan addımlardır".
Mətbuatda həmçinin qeyd olunub ki, Tbilisi, Batumi, Rustavi və Kutaisi kimi iri şəhərlərə giriş-çıxış dayandırılır.
Qeyd edək ki, qonşu ölkədə martın 21-də elan edilən fövqəladə vəziyyət aprelin 21-da başa çatmalı idi.
Daha çox