İranda pandemiyadan daha 98 nəfər öldü

DÜNYA
17:55
14 Aprel 2020
84

İranda koronovirusdan ölənlərin sayı 4 683-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Məlumatda görə, ölkədə son 24 saatda koronavirusdan ölənlərin sayı 98 nəfər, virusa yoluxanların sayı isə 574 nəfər artıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 74 min 877 nəfərə çatıb. 48 min 129 şəxsin isə koronovirusdan sağaldığı bildirilib.

Xəbər lenti