Ermənistanda koronavirusdan ölənlərin sayı artır
11:12
14 Aprel 2020
177Ermənistanda koronavirusdan ölənlərin sayı daha 2 nəfər artıb.
Sabah.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda məlumat yayıb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb.
Onun sözlərinə görə, Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 28 nəfər artaraq 1 067-ə yüksəlib. Virusdan sağalanların sayı isə 54 nəfərdir.
Daha çox