Məşhur türk serialları ilə bağlı fətva

DÜNYA
16:20
10 Fevral 2020
139

Misirdə Türkiyə seriallarını qadağan edən fətva verilib.

Sabah.az türk mətbuatına istinadən xəbər verir ki, sözügedən qərarı bu ölkənin Ali Fətva Şurası (Dâru’l-İftâ) qəbul edib.

Mənbədə bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə yanaşı Misir də seriallardan qorxuya düşüb. Şuranın açıqlamasında “Diriliş Ertuğrul” və “Kurtlar Vadisi” kimi ekran əsərlərinin adı çəkilərək Türkiyənin bunlarla Yaxın Şərqə nüfuzunu genişləndirmək istədiyi qeyd olunub.

Sözügedən fətvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da bəhs olunub. Bildirilib ki, Ərdoğan bu seriallar vasitəsilə bir vaxtlar Osmanlının idarə etdiyi ərəb ölkələrini yenidən nəzarət altına almağa çalışır.

Xəbər lenti