Dünyada koronavirusa yoluxanların sayı 1.7 milyonu ötdü
Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 1.7 milyon nəfəri keçib.
Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.
Bildirilib ki, son bir gün ərzində dünyada 76.498 nəfər koronavirusa yoluxub, onlardan 5.702 nəfər ölüb. Beləliklə, 13 aprel tarixinə olan məlumata əsasən, COVİD-19 aşkarlananların ümumi sayı 1.773.084 nəfər olub, dünyasını dəyişənlərin sayı isə 111 652 nəfərə çatıb.
Daha çox