Trampı öldürəcəyini deyən şəxs saxlanıldı

DÜNYA
15:44
10 Fevral 2020
54

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampa sui-qəsd təşkil etmək istəyən şəxs saxlanılıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 25 yaşlı Rocer Hedqpetdir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, o, Ağ Ev ətrafında dayanmış xüsusi xidmət orqanlarının əməkdaşına D. Trampı öldürəcəyini deyib. R. Hedqpet bunu deyən kimi saxlanılıb. Gəncin Florida ştatından olduğu deyilir.

Həmin şəxsin əqli probleminin olub-olmamasını öyrənmək üçün xəstəxanaya aparıldığı bildirilir.

Xəbər lenti