Meksikada koronavirusla bağlı son vəziyyət

DÜNYA
19:55
13 Aprel 2020
64

Meksikada yeni növ koronovirusdan (Covid-19) ölənlərin sayı 296 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Hugo Lopez-Gatell məlumat verib.

Məlumata əsasən, Covid-19 səbəbi ilə ölənlərin sayı son 24 saatda daha 23 nəfər artıb. Virusa yoluxanların sayı isə 4 661 nəfərə çatıb.

Digər bir xəbərə görə, Meksikanın prezidenti Andres Manuel Lopes Obrador, Tvitter hesabında koronavirusa qarşı alınan - 23 mart-19 aprel tarixlərini əhatə edən fövqəladə vəziyyətin müddətinin 30 aprelə qədər uzadıldığını açıqlayıb.

Xəbər lenti