Boris Consonun koronavirus testinin nəticəsi açıqlandı
Böyük Britaniyanın Baş naziri Boris Consonun evə buraxılmazdan öncə verdiyi sonuncu koronavirus analizinin nəticəsi çıxıb.
Sabah.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü məlumat verib.
Açıqlamada testin nəticələrinin neqativ çıxdığı və onun tam sağaldığı bildirilib. B.Consonun yaxın zamanlarda fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Qeyd edək ki, Baş nazir bir həftəni xəstəxanada keçirdikdən sonra ötən gün evə buraxılıb. Bu müddət ərzində o, bir neçə gün reanimasiyaya da yerləşdirilib.
Daha çox