Maska koronavirusdan neçə faiz qoruyur?
Koronavirusa yoluxmuş şəxslərin maskadan istifadə etməməsi sağlam insanlara (maska taxan) yoluxma riskini 70 faizə kimi artırır.
Sabah.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Hazırlanmış infoqrafikada bildirilir ki, COVID-19 daşıyıcısı maska taxdığı təqdirdə maska taxmayan sağlam insana virusun yoluxma faizi 5-ə düşür. Əgər həm virus daşıyıcısı, həm də sağlam şəxs maskadan istifadə edərsə, bu zaman yoluxma ehtimalı 1,5 faizə bərabər olur.
Daha çox