Ermənistanda fövqəladə vəziyyət rejimi 1 ay uzadıldı
Ermənistanda koronavirusla (COVİD-19) əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü fövqəladə iclasında qərar verilib.
Qərara əsasən, aprelin 14-də başa çatacaq fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.
Qeyd olunub ki, Ermənistanda koronavirusla mübarizə üçün martın 16-dan fövqəladə vəziyyət elan edilib. Ölkədə 1039 koronavirusa yoluxma hadisəsi aşkar edilib, 14 xəstə ölüb.
Daha çox