Türkiyədə koronavirusdan ölənlərin sayı 1101-ə çatdı - 5138 yoluxma var
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1101 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda ölkədə daha 95 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1101-ə çatıb.
Onun sözlərinə görə, bu gün 33 170 test keçirilib və koronavirusa yoluxma faktı 5 138 nəfər artaraq 52 167 olub. Bu gün 545, ümumilikdə isə 2 965 xəstə COVİD-19-a qalib gəlib.
Daha çox