Ermənistanda bir nəfər parlament binasının qarşısında ağzını tikdi
Ermənistanda bir nəfər parlament binası qarşısında ağzını tikib.
Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı məlumat aprelin 11-də axşam saatlarında daxil olub. Mərkəzin əməliyyat qrupunun işçiləri və psixoloq hadisə yerinə yollanıb. Paytaxt İrəvanda Milli Məclisin binası yaxınlığında park edilmiş "Opel" markalı avtomobildə 1991-ci il təvəllüdlü vətəndaş Miqran M. ailəsi və sosial problemləri ilə bağlı dodaqlarının bir hissəsini tikib. Ona yerində psixoloji yardım göstərilib və polis bölməsinə aparılıb.
Daha çox