ABŞ koronavirus qurbanlarının sayına görə də dünyada birinci oldu
Amerika Birləşmiş Ştatları (ABŞ) koronavirusdan (COVİD-19) ölənlərin sayına görə dünyada birinci olub.
Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetindən məlumat verilib.
Bildirilib ki, ABŞ-da koronavirüs kurbanlarının sayısı 18.860 nəfərə çatıb. Bundan əvvəl isə virusdan ən çox ölənlər İtaliyda idi - 18.849.
Qeyd edək ki, Birləşmiş Ştatlar COVİD-19-a yoluxanların sayına görə də dünyada birinci yerdədir. Belə ki, burada indiyə kimi 501 615 şəxsdə virus aşkarlanıb. ABŞ-dan sonra isə İspaniya (161 852) və İtaliya (147 577) gəlir.
Daha çox