İnquşetiya müftisi koronavirusdan öldü

DÜNYA
19:18
11 Aprel 2020
135

İnquşetiya müftisi Abdurahman Martazanov koronavirus (COVİD-19) infeksiyasından dünyasını dəyişib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, vəziyyəti ağır olan dini lider ötən gün COVİD-19 şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Yoxlanışdan keçən A.Martazanovun koronavirusa yoluxduğu təsdiqlənib.

Qeyd olunub ki, İnquşetiyada indiyə kimi 29 nəfər koronavirusa yoluxub, onlardan 1-i də ölüb.

Xəbər lenti