İranda güclü zəlzələ oldu - Ölənlər var+Yenilənib
İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kəşmir şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
***
Kəşmir valisinin sözlərinə görə, Rəzəvi şəhərində baş verən 5 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb.
Daha çox