Bu ölkələrdə koronavirusla bağlı sərt tədbirlər - Ölənlər və yaralananlar var

DÜNYA
21:57
10 Aprel 2020
104

Xüsusilə də səhiyyə sistemində ciddi problemlər olan Afrika ölkələrində koronavirusun yayılmasının qarşısını almaq üçün əhaliyə qarşı şiddət göstərilir.

Sabah.az “BBC Türkcə”yə istinadən xəbər verir ki, bu ölkələrdə polis və əsgərlərin davranışları ciddi narazılıqlara səbəb olub.

Bildirilib ki, Keniyanın paytaxtı Nayrobidə hündürmərtəbəli binanın eyvanında oyun oynayan 13 yaşlı oğlan polis tərəfindən güllələnib. Polis bu hadisənin səhvən baş verdiyini desə də, ölkədə daha 3 nəfər asayiş keçikçiləri tərəfindən öldürülüb. Onlardan biri motosiklet sürərkən polisin döyərək öldürdüyü sürücüdür.

Keniya Prezidenti Uhuru Kenyatta baş verənlərə münasibət bildirib. O,  vətəndaşları evlərindən çıxmamağa və hökumətin aldığı tədbirlərə riayət etməyə çağırıb. Dövlət başçısı həmçinin “Bütün keniyalılardan güc strukturlarının bəzi həddən artıq əməlləri üçün üzr istəyirəm”, - deyə bildirib.

Keniyanın qonşusu Uqandada da polislər küçələrdə meyvə-tərəvəz satanlara və taksi sürücüərinə qarşı həddən artıq şiddət tətbiq etməkdə ittiham edilirlər. Bu ölkənin Şimalında 38 qadını dəyənəklərlə döyərək palçığa atan polislərdən 10 nəfərinə işgəncə ittihamı ilə iş açılıb.

Tanzaniyada isə 3 televiziya kanalı hökümətin koronavirusla mübarizəsi ilə bağlı səhv məlumat verdiyi üçün cəzalandırılıb. Mənbədə bildirilir ki, buna səbəb ölkə Prezidenti Con Maqufulinin “Kilsələr açıq qalacaq, çünki koronavirus bir kilsədə yaşaya bilməz” sözləri ilə bağlı bu telekanallarda tənqidi materialların efirə verilməsidir.

Xəbər lenti