Türkiyədə koronavirusdan ölənlərin sayı 1000-i ötdü - 2423 şəxs sağalıb
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 1006 nəfərə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, ölkədə daha 98 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 1006-ya çatıb.
Nazirin sözlərinə görə, bu gün 30 864 test keçirilib və koronavirusa yoluxma faktı 4 747 nəfər artaraq 47 029 olub. Bu gün 281, ümumilikdə isə 2 423 xəstə koronavirusa qalib gəlib.
Daha çox