İranda koronavirusla bağlı son statistika
İranda son sutka ərzində koronovirusdan ölənlərin sayı daha 122 nəfər artıb.
Sabah.az xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə görə, bununla da ölkədə virusdan ölənlərin sayı 4 232 nəfərə çatıb. Son 24 saat ərzində daha 1 972 nəfər bu korovirusa yoluxub.
Qeyd edək ki, ümumilikdə İranda Covid-19-a yoluxanların sayı 68 min 192 nəfərdir. İndiyədək 35 min 465 nəfər koronovirusdan sağalıb.
Daha çox