Daha bir ölkədə matəm elan edildi - Yenilənib

DÜNYA
14:02
20 May 2024
151

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar Pakistanda matəm günü elan olunub.

Sabah.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb.

Bildirilir ki, İbrahim Rəisi və onunla birlikdə həlak olan şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq ölkədə bayraqlar yarıya endiriləcək.

***

“SANA” agentliyinin məlumatına görə, İbrahim Rəisinin və digər yüksəkvəzifəli şəxslərin helikopter qəzasında vəfatı ilə bağlı Suriyada üçgünlük matəm elan edilib.

Bildirilir ki, bu dövr ərzində Suriyanın bütün ərazisində, eləcə də ölkənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək.

Xəbər lenti