Balaca qızdan 93 yaşlı qonşusuna məktub

DÜNYA
13:04
10 Aprel 2020
88

İngiltərənin Vulverhempton şəhərində yaşayan 5 yaşlı Kiran adlı qız koronavirus pandemiyası səbəbi ilə sağlamlığına görə narahat olduğu 93 yaşlı qonşusuna yazdığı məktub sosial mediada hər kəsi duyğulandırıb.

Sabah.az xəbər verir ki, balaca qız göyqurşağı çəkərək məktubda Ron adlı yaşlı qonşusuna bu sözləri yazıb:

"Salam, mənim adım Kirandır. Beş yaşındayam. Koronavirus səbəbi ilə evdə qalmalıyam. Sadəcə yaxşı olduğunuzdan əmin olmaq istədim. Yalnız olmadığınızı xatırlatmaq üçün göy qurşağı çəkdim. Yaza bilirsinizsə, mənə yazın. 9 nömrəli evdəki qonşun”.

Ron balaca qonşusunun məktubunu cavabsız qoymayıb, qızın çəkdiyi şəkli pəncərəsindən asaraq bu sözləri yazıb:

"Salam Kiran. Məktubun və mənimlə maraqlandığına görə çox sevindim. Sənin kimi mən də evdən çıxa bilmirəm, bu səbəbdən məni düşündüyün üçün çox şadam. Mənim adım da Rondur. Koronavirusun yaratdığı vəziyyət çox pisdir. Hamımız virusa qarşı mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik. Ümid edirəm ki, hər kəs virusa sağlam şəkildə qalib gələcək. 24 nömrəli evdən Ron."

Xəbər lenti