Qazaxıstanda koronavirusa yoluxmuş qadın uşaq dünyaya gətirdi

DÜNYA
01:57
10 Aprel 2020
48

Qazaxıstanda koronavirus infeksiyasına yoluxmuş hamilə qadın körpə dünyaya gətirib.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının əməliyyat qərargahından məlumat verilib.

Bildirilib ki, Kızılordu şəhər sakini olan qadının xəstəxanaya qəbul olunarkən bədən istiliyi 38,1 dərəcə olub. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb.

2 kiloqram 970 qram çəkidə, 51 santimetr boyda olan doğulan körpənin vəziyyətinin qənaətbəxş olduğu deyilir. Onun koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test götürülüb. Ana isə müalicəsini davam etdirmək üçün yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Xəbər lenti