ABŞ-da koronavirusdan ölənlərin sayı 16 minə çatır

DÜNYA
00:50
10 Aprel 2020
47

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusa yoluxanların sayı 450 min nəfəri ötüb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyə kimi 451 491 nəfərdə COVID-19 aşkarlanıb və onlardan 15 938-i ölüb.

Mənbədə qeyd olunub ki, ABŞ hazırda koronavirusa yoluxma halların sayına görə dünyada birinci, ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir.

Xəbər lenti