Bu ölkədə koronavirusa yoluxan bütün xəstələr sağaldı

DÜNYA
22:15
9 Aprel 2020
246

Danimarka krallığı tərkibinə daxil olan Qrenlandiyada koronavirus (COVİD-19) infeksiyasına yoluxan bütün xəstələr sağalıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtariyyət 11 koronavirus xəstəsinin sağalmasından sonra COVİD-19 daşıyıcısı olmayan yeganə ölkəyə çevrilib.

Avropa Birliyi Müşahidəçiləri məruzədə bütün işlərin paytaxt Nuuk şəhərində baş verdiyini bildirib. Qeyd olunub ki, 57 000 əhalisi olan adada koronavirus diaqnozu qoyulmuş vətəndaşlar komendant saatı keçirib və sağalıblar.

Xəbər lenti