Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı

DÜNYA
20:44
9 Aprel 2020
72

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 908 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, ölkədə daha 96 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 908-ə çatıb.

Nazirin sözlərinə görə, bu gün 28 578 test keçirilib və koronavirusa yoluxma faktı 4 056 nəfər artaraq 42 282 olub. Ümumilikdə 2 142 xəstə də virusa qalib gəlib.

Xəbər lenti