Serbiya Prezidentinin oğlu koronavirusa yoluxdu

DÜNYA
23:56
8 Aprel 2020
79

Serbiya Prezidenti Aleksandr Vuçiçin oğlunda yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının özü məlumat yayıb. A.Vuçiç bildirib ki, onun böyük oğlu koronavirusa yoluxub.

"Oğul, sən də bunu məğlub edəcəksən. Ata səni sevir və hamı səni sevir", - deyə dövlət başçısı övladına dəstək olub.

Mənbədə qeyd olunub ki, Serbiyada koronavirus qurbanlarının sayı 65 nəfərə çatıb, yoluxmuşların sayı isə 2 666 nəfərdir.

Xəbər lenti