Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar

DÜNYA
13:26
23 Mart 2024
140

Moskvada “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən 6 nəfərdən 4-nün kimliyi  məlum olub.

Sabah.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bunlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir.

Onların hamısının Tacikistan vətəndaşı olduğu bildirilir. Həmçinin 2 terrorçunun saxlanıldığı açıqlanıb. Lakin onlardan hansının saxlanıldığı məlum deyil.

***

Tacikistanın Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Moskvada törədilən terror aktı ilə əlaqəli olduğuna dair məlumatı təkzib edib:

“Tacikistan tərəfi Rusiya hakimiyyəti tərəfindən Tacikistan vətəndaşlarının terror aktı ilə əlaqəli olması ilə bağlı hazırda yayılan yalan məlumata dair təsdiq almayıb. Bununla əlaqədar olaraq Rusiyanın dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara əsaslanmağınızı xahiş edirik”.

Qeyd edək ki, son məlumata görə, “Crocus City Hall”dakı terrorda 82 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

Xəbər lenti