Moskvada ölənlər arasında azərbaycanlı var? - Açıqlama

DÜNYA
09:55
23 Mart 2024
92

“Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı nəticəsində ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur”.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 82 nəfərin həlak olduğunu, 107 nəfərin yaralandığını açıqlayıb.

Xəbər lenti