Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı

DÜNYA
21:47
8 Aprel 2020
117

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 812 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, ölkədə daha 87 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 812-yə çatıb.

Nazirin sözlərinə görə, Türkiyədə koronavirusa yoluxma faktı 4 117 nəfər artaraq 38 226 olub. Ümumilikdə 846 xəstə də virusa qalib gəlib.

Xəbər lenti