Berni Sanders prezidentlik yarışından çəkildi

DÜNYA
20:24
8 Aprel 2020
104

Amerika Birləşmiş Ştatlarında (ABŞ) senator Berni Sanders prezidentlik yarışından çəkilib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə 78 yaşlı siyasətçinin qərargahından məlumat verilib.

"Çərşənbə günü senator Berni Sanders bütün heyət ilə bir konfransda çıxış edərkən prezidentlik uğrunda kampaniyasını dayandırdığını açıqlayıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, B. Sandersin prezidentliyə namizədliyi Demokrat Partiyasından tərəfindən irəli sürülüb. Onun geri çəkilməsindən sonra ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden Demokrat Partiyasından prezidentliyə vahid namizəd olub. ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.

Xəbər lenti