Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı
“Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır”.
Sabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında yazıb.
Onun sözlərinə görə, rusiyalı siyasətçinin ölüm səbəbini məhkəmə-tibb sahəsinin ekspertləri və istintaq müəyyən edəcək.
“Nəticələri gözləmədən, siyasətçilərin və qeyri-dost ölkələrin rəhbərlərinin ittiham və açıqlamaları səsləndiyi bir zamanda, əvvəlcə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir? Onların soyadları yaxşı məlumdur. NATO-nun Baş katibindən və ABŞ rəhbərliyindən tutmuş, Şolts, Sunak və Zelenskiyə qədər, onlar Navalnının ölümünün günahkarlarıdır. Onun ölümü məhz onlara sərfəlidir”, - deyə Volodin qeyd edib.
Xatırladaq ki, 47 yaşlı rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Hazırda onun ölüm səbəbi araşdırılır.
Daha çox