Navalnının həbsdən son görüntüləri - Video

DÜNYA
17:05
16 Fevral 2024
134

Xəbər verdiyimiz kimi, rusiyalı siyasətçi Aleksey Navalnı bu gün xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Sabah.az xəbər verir ki, Rusiyanın teleqram kanallarında Navalnının həbsxanadan son görüntüləri yayılıb.

Videodan görüntülərin dünənə, yəni fevralın 15-nə aid olduğu məlum olub.

“RİA Novosti”nin məlumatına görə isə, Navalnı videobağlantı vasitəsilə Vladimir vilayətinin Kovrovski Məhkəməsinin iclaslarında iştirak edib.

Belə ki, dünən Navalnının əvvəllər cəza çəkdiyi 6 saylı koloniyaya qarşı iddiaları üzrə üç iclas keçirilib.

Xəbər lenti