Navalnı vəfat etdi - Yenilənib

DÜNYA
15:34
16 Fevral 2024
161

Rusiyalı siyasətçi Aleksey Navalnı xüsusirejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Bu barədə Sabah.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, 47 yaşlı siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.

Onun ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, A.Navalnı 2021-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

***

Mənbənin RT-yə verdiyi məlumata görə, Navalnı tromb yaranması səbəbindən vəfat edib.

Xəbər lenti