Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyonu ötdü

DÜNYA
00:24
8 Aprel 2020
70

Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetindən məlumat yayılıb.

Bildirilib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon (1 407 123) nəfərdən çoxdur, 80 759 insan isə bu səbəbdən ölüb.

Xəbər lenti